Haitidə avtobus dərəyə düşüb, nəticədə 23 nəfər ölüb, 30-dan çox sərnişin xəsarət alıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident paytaxt Port-o-Prensdən 70 km aralı, Peti-Qoav şəhəri yaxınlığında baş verib. Qəza nəticəsində 37 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
“Avtobus 15 metr dərinliyi olan dərəyə yuvarlanıb. Ölənlər arasında qadın və hətta 1 yaşı tamam olmayan uşaqlar da var”, deyə yerli hakim jurnalistlərə bildirib. Onun sözlərinə görə, hadisə qurbanlarından bir neçəsi xəstəxanada keçinib.
Qəzanın səbəbləri hələlik məlum deyil.