Avtobus aşdı: 27 nəfər yaralandı
21 dekabr 2014 03:34 (UTC +04:00)

Avtobus aşdı: 27 nəfər yaralandı

0

ABŞ-ın Cənubi İndiana ştatında baş vermiş ağır yol qəzası nəticəsində 27 nəfər xəsarət alıb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Seymur qəsəbəsi yaxınlığında yerli vaxtla saat 05.30-da “Megabus” markalı avtobus idarəetməni itirməsi nəticəsində aşıb.   

 

Avtobusda, ümumilikdə, 70 sərnişin olub. Onlardan 27 nəfəri müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xəsarət alanların arasında hamilə qadının olduğu bildirilir.

 

Qəzanın qeyri sabit hava şəraiti və ya yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar