Avtobus 300 metr hündürlükdən dərəyə düşdü: 16 öldü, 16 yaralı
09 noyabr 2014 01:34 (UTC +04:00)

Avtobus 300 metr hündürlükdən dərəyə düşdü: 16 öldü, 16 yaralı

Ekvadorda avtobusun dərəyə yuvarlanması nəticəsində 16 nəfər ölüb, daha 16 nəfər isə xəsarət alıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ölkənin qərbindəki Manta şəhərindən paytaxt Kitoya hərəkət edən avtobus 300 metr dərinliyi olan dərəyə düşüb. Qəza zamanı avtobusda olan sərnişinlərin dəqiq sayı hələlik məlum deyil.   

 

Hadisə yerində xilasedicilər cəlb olunub. Onlar qəza qurbanlarının sayının artacağını istisna etmirlər.  

 

Qəzanın səbəbləri müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1174
avatar

Oxşar yazılar