Avstriya polisi 26 miqrantı xilas etdi
29 avqust 2015 22:15 (UTC +04:00)

Avstriya polisi 26 miqrantı xilas etdi

0

Avstriya polisi içərisində  26 qeyri-qanuni miqrantın olduğu yük avtomobilini saxlayıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, Suriya və Əfqanıstandan olan miqrantlar arasında ağır vəziyyətdə olan 3 az yaşlı uşaq aşkar edilib.

 

Miqrantları daşıyan 29 yaşlı Rumıniya vətəndaşı hadisə yerindən qaçmağa cəhd etsə də, polislər tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, bundan əvvəl Avstriyada içərisində 70 miqrantın cəsədi olduğu yük avtomobili aşkarlanmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar