Avstraliyadan İndoneziyaya sərt reaksiya
29 aprel 2015 06:36 (UTC +04:00)

Avstraliyadan İndoneziyaya sərt reaksiya

0

Avstraliya İndoneziyada iki vətəndaşının edamı edilməsi ilə əlaqədar bu ölkədəki  səfirini geri çağırır. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.   

 

“Biz İndoneziyanın suverenliyinə hörmətlə yanaşırıq, lakin baş verənlərə təəssüf edirik və bu heç də adi məsələ deyil”, deyə Avstraliyanın baş naziri Toni Ebbot bildirib.   

 

Baş nazir səfirin məsləhətləşmələr üçün geri çağırıldığını qeyd edib.

 

Qeyd edək ki, İndoneziyada ötən gün 8-i əcnəbi olmaqla 9 məhbus barəsində ölüm hökmü icra edilib.

 

Məlumata görə, güllələnərək edam olunanlardan ikisi avstraliyalı, dördü nigeriyalı, biri Braziliya, biri Filippin, biri isə İndoneziya vətəndaşlarıdır.  Onların hamısı narkotik maddələrin qaçaqmalçılığında müqəssir hesab olunaraq ölüm cəzasına məhkum ediliblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar