Avstraliya İŞİD-lə əlaqəli şəxsləri vətəndaşlıqdan məhrum edəcək
04 dekabr 2015 07:59 (UTC +04:00)

Avstraliya İŞİD-lə əlaqəli şəxsləri vətəndaşlıqdan məhrum edəcək

Avstraliya parlamenti  terrorçuluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən ikili vətəndaşlığa malik avstraliyalıların vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun qəbul edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Associated Press” məlumat yayıb.

 

“Bu terrorçuluqla mübarizəni gücləndirəcək qanunvericiliyə edilən  əhəmiyyətli dəyişiklikdir”, deyə ölkənin baş prokuroru Corc Brandis bildirib.  Onun sözlərinə görə, qanun çox məhdud hallarda tətbiq ediləcək. Corc Brandis Avstraliya Ali Məhkəməsinin qanunun qəbuluna etiraz edəcəyini istisna etməyib.

 

Qeyd edək ki, bundan əvvəl mətbuatda İŞİD terrorçularının ən çox istifadə etdikləri “Toyota” markalı avtomobillərin məhz Avstraliyadan gətirildiyi barədə məlumat yayılıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar