Avroparlamentin sədr müavini hava limanında dava salıb
28 fevral 2014 07:05 (UTC +04:00)

Avroparlamentin sədr müavini hava limanında dava salıb

Avropa parlamenti prezidentinin sədr müavini Yatsek Protaseviç Almaniyanın Frankfurt şəhərindəki hava limanında sərxoş vəziyyətdə dava-dalaş salıb. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Das Bild» qəzeti xəbər yayıb.

 

Mənbə bildirib ki, ayıq vəziyyətdə olmayan Avropa Birliyiinin rəsmisi faşistlərsayağı salamlaşıb: «Hayl Hitler» və gömrükçüləri «faşist» adlandırıb.

 

Yatsek Protaseviç hava limanın işçilərindən birinin yaxasından tutaraq, yük arabasına sarı aparıb.

 

Baş vermiş bu qalmaqalın qarşısını hava limanın əməkdaşları polisin yardımı ilə alıb. Protaseviç polis məntəqəsinə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541
avatar

Oxşar yazılar