Avroparlament “Cənub axını”-nı dayandırdı
17 aprel 2014 21:19 (UTC +04:00)

Avroparlament “Cənub axını”-nı dayandırdı

Avropa parlamenti Rusiyanın “Cənub axını” qaz kəmərinin tikintisinin dayandırılması haqda qətnamə qəbul edib.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, parlament Avropa Birliyini Rusiya ilə təbii qaz probleminin həllində Ukraynaya yardım etməyə çağırıb.

 

Məsələyə dair qəbul edilən qətnamədə bildirilib: “Avroparlament hesab edir ki, “Cənub axını” qaz kəməri tikilməməli və başqa əlverişli tədarük mənbəyi olmalıdır».

 

Bundan başqa qurum bildirib ki,  Kiyevi siyasi və iqtisadi təzyiqlərdən qurtarmaq üçün Avropa Birliyi Ukraynanın təbii qazla təmin olunmasına yardım edilməlidir.

 

Mənbə xatırladıb ki, Avroparlamentin qərarından sonra  Bolqarıstan ərazisindəki "Cənub axını" qaz kəmərini demontaj edib. Ölkə ərazisində kəmərin tikintisinə 2013-cü ilin oktyabrında Rusiyanın “Qazprom” şirkətinin iştirak ilə başlamışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718
avatar

Oxşar yazılar