Sosioloqlar Avropanın ən dinsiz ölkəsini müəyyən ediblər.
Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.
Məlumata görə, Avropanın ən dinsiz ölkəsi İslandiyadır. Bu ölkənin sakinləri arasında dünyanın Allah tərəfindən yaradılmasına inanıb-inanmadıqlarına dair sorğu aparılıb. 34 yaşına qədər olan gənclər arasında aparılan sorğuda buna inananların faizi 0-a bərabər olub.
20 il bundan əvvəl isə islandların 90 faizinin dindar olduğu bildirilib. Hazırda isə bu göstərici 50 faizə bərabərdir.
Afrika və Yaxın Şərq ölkələrində isə bunun əksinə olaraq, 34 yaşına qədər olan gənclərin hər 10 nəfərindən 8 nəfəri özünü dindar hesab edir.