Avropanın bir sıra hava şirkəti təhlükəsizlik baxımından İsrailin Təl-Əviv şəhərinə uçuşu təxirə salıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, uçuşları təxirə salan şirkətlər bunlardır: Fransanın “Air France”, Aavstriyanın “Austrian Airlines”, İsveçərənin “Swiss Airlines”, Almaniyanın “Lufthansa” (İsrailə bütün uçuşları 36 saat təxirə salıb).
Hollandiyanın “KLM” şirkəti isə iyulun 22-dən Amsterdam –Təl-Əviv reysini təxirə salıb.
Britaniyanın “British Airways” hava şirkəti isə “uçuşları adi rejimdə” davam etdirəcəyini bildirib.