Çernoqoriya (Monteneqro), İslandiya, Norveç, Albaniya və Lixtenşteyn Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaya qoşulub.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, birliyin ali komissarı Ketrin Eşton adından yayılan bəyanatda bildirilib.
Qeyd edək ki, Çernoqoriya və İslandiya Avropa Birliyinə üzvlüyə namizəddir. Albaniya isə qurum potensial üzvdür. Norveç və Lixtenşteyn isə Avropa İqtisadi Zonası və Avropa azad ticarət assosiasiyasının üzvləridir.
Bu dövlətlər Avropa Birliyinin “qara siyahısına” daxil edilən rusiyalı məmurlara, iş adamlarına, şirkətlərə viza və iqtisadi məhdudiyyətə qoşulduqlarını bəyan ediblər.