Aprelin 28-də Avropa Birliyinə üzv dövlətlərin xarici işlər nazirliklərinin təmsilçiləri Brüsseldə növbədənkənar toplantı keçirəcək.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, diplomatların Rusiyaya qarşı sanksiyaların 3-cü mərhələsi ilə bağlı qərar qəbul edəcəyi gözlənilir.
Mənbə bildirib ki, Ukraynada vəziyyətin gərginləşməsində məsuliyyət daşıyan rusiyalı rəsmilərin yeni siyahısı tərtib olunacaq. Adları “qara siyahıya ” salınacaq rəsmilərə sanksiya tətbiq ediləcək.
Avropa Birliyinin ali komissarı Ketrin Eştonun mətbuat xidməti xəbəri nə təkzib edib, nə də təsdiqləyib. “Bu məsələ ilə bağlı informasiyam yoxdur”-deyə, qurum təmsilçisi bildirib.