AB ölkələrinin XİN rəhbərləri nı yeni sanksiyalarla təhdid ediblər
AB ölkələrinin XİN rəhbərləri Moskvanın Ukrayna üzrə mövqeyini dəyişməyəcəyi təqdirdə Rusiyaya qarşı yeni tədbirlərin nəzərdən keçiriləcəyinə dair razılığa gəliblər. Lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Niderlandın XİN rəhbəri Frans Timmermans AB ölkələrinin XİN rəhbərlərinin iclasından sonra bildirib.
“Biz həmçinin Rusiyanın davranışını dəyişməyəcəyi təqdirdə əlavə tədbirlərin görüləcəyinə dair razılığa gəldik. Rusiya Ukraynanın şərqində xaos yaratmağa son qoymalıdır”, deyə Timmermans qeyd edib.