Avropa İttifaqının diplomatiya rəhbəri Federika Moqerini bu ay Kubaya səfər etmək niyyətindədir. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bundan əvvəl ABŞ və Kuba arasında birbaşa telefon əlaqəsinin bərpa edildiyi bildirilib. Bundan başqa, ABŞ Kuba istehsalı olan malların idxalına qoyulan məhdudiyyətləri yumşaldıb.
Kuba-Qərb münasibətlərinin normallaşdırılması barədə 2014-cü ilin sonunda elan olunub. 2015-ci ilin yanvarında Havanada Kuba-ABŞ danışıqları aparılıb. Həmin ayda Kuba XİN rəhbəri Brüsselə dəvət olunub.