Avropa parlamentinin üzvü Maykl Kreymer Vyanada Avropa Birliyinin iclasında “Dəmir pərdə” velosipedlər üçün yol tikintisi ilə bağlı planı təqdim edib.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, bu yolun uzunluğu 6,8 min km olacaq. Marşrut Rusiya ilə sərhəddən, Barentslər dənizindən və Norveçdən başlayaraq, Rusiya-Finlandiya, Baltikyanı ölkələr, Polşa, keçmiş Almaniya Federativ və Almaniya Demokratik respublikalarının sərhədini keçəcək. Bunun ardınca velosiped yolu Çexiya, Avstriya, Sloveniya, Macarıstan, Serbiya, Rumıniya, Bolqarıstanın da əhatə edərək, Qara dənizdə bitəcək.
Kreymerin sözlərinə görə, velosiped yolları mövcud olduğundan gerçəkləşdiriləcək yeni layihənin maya dəyəri də çox olmayacaq.
““Dəmir pərdə”-yə yalnız nişanlar qoyulacaq”-deyə, planın müəllifi bildirib.
Mənbə xatırladıb ki, ilk dəfə “Dəmir yol” layihəsi haqda 2005-ci ildə söz açılıb.