Avropa Yunanıstana daha 86 milyard avro ayırdı
15 avqust 2015 01:19 (UTC +04:00)

Avropa Yunanıstana daha 86 milyard avro ayırdı

0

Avroqrup Yunanıstana dair üçüncü yardım proqramını dəstəkləyib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avroqrupun növbədənkənar iclasından sonra qurumun rəhbəri Yerun Deysselblum bəyan edib.

 

“Biz son ziddiyyətləri aradan qaldıraraq müsbət nəticə əldə edə bildik. Danışıqlarda hökm sürən əlverişli ab-hava razılığa gəlməyə kömək etdi”, deyə Y. Deysselblum

 

Yeni proqram çərçivəsində ilk tranş Yunanıstana artıq avqustun 19-da köçürülə bilər. Avroqrup sədrinin bildirdiyinə görə, onun ümumi həcmi 86 milyard avro təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar