Avropa Parlamentinin prezidenti “Brexit”lə bağlı irəliləyişin olmadığını bildirib
“Bura “Brexit”lə bağlı danışıqları bir addım qabağa aparacaq təkliflər eşitmək ümidi ilə gəlmişdim. Ancaq təəssüf ki, məsələ ilə bağlı hər hansı bir irəliləyişin olmadığını qeyd etməliyəm”.
APA-nın London bürosunun ”Sky News”a istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa Parlamentinin Prezidenti David Mariya Sassoli Britaniyanın Baş naziri Boris Consonla görüş sonrası verdiyi bəyanatda deyib.
O, görüş sonrasında “Brexit”lə bağlı irəliləyişin olmadığını bildirib.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk da “Brexit”lə bağlı Boris Consona sərt formada xəbərdarlıq edib.
1134