Avropa Parlamentinin deputatları rusiyalı siyasətçi Boris Nemtsovun qətlinin beynəlxalq səviyyədə araşdırılmasını tələb ediblər. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin plenar sessiyasında qəbul olunan qətnamədə deyilir.
“Nemtsovun ölümü Rusiyanın müasir tarixində ən önəmli siyasi qətldir. Biz araşdırmanın beynəlxalq səviyyədə aparılmasını istəyirik. ATƏT, Avropa Şurası və BMT çərçivəsində olan instrumentlər istintaqın ədalətli keçməsini təmin etməyə kömək edəcək”, - deyə qətnamədə vurğulanıb.