Bakıda keçiriləcək 1-ci Avropa oyunları ərəfəsində bəzi xarici KİV və jurnalistlər Azərbaycanda stabilliyi pozmaq üçün kampaniyaya başlayıblar.
Bu məsələdə anti-azərbaycan mövqeyi ilə seçilən və daim Bakı-2015 əlyehinə materiallar yayan bloqçu Rebekka Vinsent öz aktivliyi ilə daha çox seçilir.
Onun bloqunda “sübut” kimi guya Bakıda on min nəfərin Avropa oyunlara qarşı hansısa etiraz aksiyasından fotolar da yerləşdirilib.
“Novosti-Azerbaydjan”-ın müxbiri Rebekka Vinsentin materaiları ilə bağlı araşdırma aparıb və maraqlı faktlar üzə çıxarıb.
Əvvəla məlum olub ki, Rebekka Vinsent öz yazılarını İndexoncensorship.org jurnalında dərc edir. Və maraqlısı odur ki, jurnalın təsisçisi və baş redaktoru Naum Nim adlı şəxsdir.
Vikipedia-da isə açıq-ayıdın yazılıb ki, Naum Nim və ya Naum Aronoviç Yefremov adlı bu rusiyalı yazıçı, jurnalist və hüququ müdafiəçisi mənşəcə ermənidir.
İkincisi, müəllifin iddia etdiyi kimi, guya Bakı-2015-ə etiraz aksiyasından təqdim etdiyi bu fotolar Azərbaycan müxalifətinin ənənəvi mtinqindəndir. Bu mitinqin isə icazəli mitinq idi və Avropa oyunlarına heç bir aidiyyatı yox idi.
Göründüyü kimi Rebekka Vinsent jurnalist kimi obyektivlikdən çox uzaqdır. O, peşəkarlıqdan kənar, faktları təhrif etməklə öz mövqeyini nümayiş etdirir.
Aydındır ki, Rebekki Vinsent adı onun əcnəbi olduğunu göstərir və müəyyən auditoriyanı özünə cəlb edə bilir. Onun bloqundakı bu tip çağırışlar təbii ki, obıvatellərdə və bu yazıların təxribat xarakterli olduğundan şübhələnməyən oxucularda çaşqınlıq yaradır. Nəticədə onlar Rebekka Vinsentin “informasyia mətbəxində” bişirdiklərini həzm etməyə məcbur olurlar.
Amma təəccüblüdür ki, bu cür təxribatlara yerli informasiya resursları da reaksiya verirlər. Bu informasiya və fotoların həqiqiliyini yoxlamağa isə zaman və güc sərf etmirlər. Əvəzində, əziyyətlə özü də ingilis dilindən Rebekkanın səfeh yazılarını tərcümə etməyə vaxt tapırlar.