Avropa məhkəməsi Öcalanla bağlı qərarını dəyişmədi
14 oktyabr 2014 12:34 (UTC +04:00)

Avropa məhkəməsi Öcalanla bağlı qərarını dəyişmədi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu il martın 18-də Abdullah Öcalan barəsində çıxardığı qərardan Türkiyənin və A.Öcalanın vəkillərinin apellyasiya qərarını rədd edib. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, Türkiyə və A.Öcalanın vəkilləri qərardan sonra işə 18 hakimdən ibarət apellyasiya komitəsində baxılmasını tələb edirdi.

 

Ayrı-ayrı edilən apellyasiya müraciətlərini araşdıran AİHM-İN 5 hakimdən ibarət kollegiyası məsələnin apelyasiyada həll olunmasına ehtiyac görməyib.

 

AİHM 18 martdakı qərarında A.Öcalanın vəkillərinin PKK liderinin həbsi ilə bağlı etdiyi müraciətin qismən haqlı olduğunu elan etmişdi.

 

AİHM 2009-cu ildən əvvəlki həbs qərarının Avropa İnsan Haqları Konvensiyasına zidd olduğunu bildirmişdi. Eyni zamanda AİHM şərti azadlığa buraxılmasını ehtimalının açıq tutulmağı haqda da qərar qəbul etmişdi.

 

AİHM A.Öcalan təzminat ödənməsinə də ehtiyac görməmişdi. Ancaq məhkəmə xərcləri kimi 25 min avro ödənməsi barədə qərar çıxarmışdı.

 

1999-cu ildən bu yana A.Öcalanı İmralıda 6 dəfə ziyarət edən Avropa İşgəncə Komitəsi son hesabatını keçən ilin martında açıqlayıb. Hesabatda A.Öcalanın saxlanma şəraiti ilə bağlı problem olmadığını, lakin PKK liderinin vəkilləri və yaxınları ilə görüşünə problem yaradıldığını açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35