Avropa Kremlin "qara siyahısı"na cavab verdi
03 iyun 2015 05:39 (UTC +04:00)

Avropa Kremlin "qara siyahısı"na cavab verdi

0

Moskvanın Avropa İttifaqına qarşı tətbiq etdiyi “qara siyahı”ya  cavab olaraq  Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijovun Avropa Parlamentinə azad girişi məhdudlaşdırılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin rəhbəri Martin Şultsun mətbuat xidməti məlumat yayıb.  

 

“Avropa Parlamenti səfirin və digər konkret diplomatın assambleyaya azad girişini məhdudlaşdırır”, deyə məlumatda bildirilir.  

 

Xatırladaq ki, Almaniya hökuməti bundan əvvəl 8 vətəndaşının Moskvanın “qara siyahısı”na daxil edilməsi ilə bağlı  Rusiyadan izahat tələb edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar