Avropa Kalininqraddan Krıma uçuşları qadağan edilib
15 aprel 2014 05:14 (UTC +04:00)

Avropa Kalininqraddan Krıma uçuşları qadağan edilib

Kalininqraddan Simferopol hava limanına Avronəzarətin mövqeyi üzündən buy ay mümkün olmayacaq.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu ilin yayı üçün Rusiyanın Nəqliyyat Nazirliyi Kalininqraddan Krım yarımadasının mərkəzinə 26 milyon rublluq bilet sifariş edib.

 

“Kalininqrad hava limanından uçuşlar üçün  Avronəzarət zonası məsuliyyət daşıyır. Avronəzarətin xəbərdarlığı ilə əlaqədar avropalı dispetçerlər Krıma uçuşa xidmət etməyəcəklər”-deyə, mənbə bildirib.

 

 

Aprelin əvvəlində Rusiyanın Nəqliyyat Nazirliyi Kalininqraddan yarımadaya 9 min nəfərli bilet sifarişi verib. 

 

Avronəzarət bir müddət  öncə bildirmişdi ki, Simferopol və Sevastopoldakı hava limanları beynəlxalq standartlara cavab vermədiyi üçün həmin istiqamətlərdə sərnişin daşımalarını yasaq edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429
avatar

Oxşar yazılar