Avropa İttifaqına daxil olan hər kəs yoxlanılacaq
25 fevral 2016 20:23 (UTC +04:00)

Avropa İttifaqına daxil olan hər kəs yoxlanılacaq

0

Aİ Şurası İttifaq ərazisinə daxil olan hər kəsin yoxlanılmasına dair  qərar qəbul edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  bu barədə Aİ-yə sədrik edən Niderlandın təhlükəsizlik və ədliyyə katibi Klas Düykoff Aİ Şurasının DİN rəhbərləri səviyyəsində keçirilən iclasından sonra bildirib.

 

Onun sözlərinə görə, bundan sonra Avropa İttifaqının sərhədlərindən keçən şəxslərin adlarının polis  məlumat bazalarında olub-olmadığı yoxlanılacaq.   

 

Məlumata görə,  qərar Aİ ölkələrinin vətəndaşları da daxil olmaqla, Avropa İttifaqına gələn şəxslərin hamısının yoxlanılmasını nəzərdə tutur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar