
Bu şəxs Avropa İttifaqı Şurasına yeni prezidenti seçildi
Şarl Mişel Avropa İttifaqı Şurasının prezidenti seçilib.
APA-nın Avropa İttifaqı Şurasının saytına istinadən verdiyi xəbərə görə, yeni prezident rəsmi fəaliyyətə 2019-cu il dekabrın 1-dən başlayacaq və səlahiyyət müddəti 2022-ci il mayın 31-də başa çatacaq.
Şarl Mişel bu müddətdə həm də Avropa Sammitinə rəhbərlik edəcək.
Avropa İttifaqı Şurası həmçinin Ursula von der Leyenin Avropa Komissiyasının prezidenti postuna namizədliyini təsdiqləyərək Avropa Parlamentinə təqdim edib. İrəli sürülən namizəd Avropa Parlamentinin deputatları tərəfindən seçiləcək.
Aİ Şurası Cozep Borrell Fontellessin namizədliyini Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi postuna təsdiq edib. Aİ-nin ali nümayəndəsinin rəsmi təyinatının təsdiqlənməsi üçün Avropa Komissiyasının yeni prezidentinin təsdiqləməsi tələb olunur.
Aİ Şurası Kristine Laqardenin namizədliyini isə Avropa Mərkəzi Bankının prezidenti postuna təsdiqləyib.
Oxşar yazılar

Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ
9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur
9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55