APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, bunu Fransa xarici işlər naziri Loran Fabius bəyan edib.
Onun sözlərinə görə, Rusiya vətəndaşlarının və Donbas separatçılarının yer aldığı “qara siyahı”nın genişləndirilməsi haqqında qərar razılaşdırılsa da, sanksiyalar bir müddətdən sonra qüvvəyə minəcək.
“Sanksiyaların prinsipi məlum olsa da, onların tətbiqi Donbasdakı münaqişənin həlli ilə bağlı anlaşmaların həyata keçirilməsindən asılı olacaq”, - deyə o vurğulayıb.