Avropa İttifaqı qondarma “parlament seçkiləri”ni tanımadı
01 may 2015 14:45 (UTC +04:00)

Avropa İttifaqı qondarma “parlament seçkiləri”ni tanımadı

 Avropa İttifaqı Dağlıq Qarabağda keçiriləcək “parlament seçkiləri”nin konstitusional və hüquqi əsasını tanımır.

 

APA-nın məlumatına görə, bu barədə Aİ-nin Dağlıq Qarabağda mayın 3-də keçiriləcək qondarma “parlament seçkiləri” ilə bağlı bəyanatında deyilir.

 

Bəyanatda vurğulanır ki, bu prosedurlar Dağlıq Qarabağın gələcək hüquqi statusunu əvvəlcədən müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz: “Avropa İttifaqı qətiyyətlə ATƏT-in Minsk qrupunu və onun həmsədrlərinin status-kvonun dəyişməsi və hərtərəfli sülh danışıqları üçün səylərini dəstəkləyir. Aİ münaqişənin tez bir zamanda həlli istiqamətindəki səyləri dəstəkləməkdə davam edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 110
avatar

Oxşar yazılar