Lukaşenkoya qarşı sanksiyalar ləğv edilə bilər
17 sentyabr 2015 19:36 (UTC +04:00)

Lukaşenkoya qarşı sanksiyalar ləğv edilə bilər

Avropa İttifaqı Belarus prezidenti Aleksandr Lukaşenkoya tətbiq olunan sanksiyaları dayandıra bilər.

 

APA-nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb. “Avropa İttifaqı çox güman ki, ötən ay siyasi məhbusların azadlığa buraxılması ilə əlaqədar Belarusa qarşı bəzi sanksiyaları, o cümlədən Aleksandr Lukaşenkoya qoyulan səyahət qadağasını dayandıracaq” , - deyə diplomatik mənbə bildirib.

 
Mənbə insan haqlarının pozulması ilə əlaqədar 200 şəxsə münasibətdə tətbiq olunan viza qadağası və xaricdəki aktivlərinin dondurulması ilə bağlı qərarın ləğvinin nəzərdə tutulduğunu da deyib: “Bu məsələ Lukaşenkoya, eləcə də prezidentə yaxınlığı ilə tanınan hakim və siyasətçilərə şamil edilə bilər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 216
avatar

Oxşar yazılar