Almaniya Polşanın baş naziri Donald Tuskanın Avropa Energetik Birliyinin yaranması ideyasını dəstəklədiyini bildirib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, Almaniyanın kansleri Angela Merkel Berlində çıxış zamanı deyib: “Prinsipcə uyğun ideyanı dəstəkləyirəm. Avropaya vahid daxili energetika bazarı və strukturu lazımdır”.
O, energetika təchizatı sahəsindəki özəl və dövlət qurumlarını sıx əlaqə saxlamasının vacibliyini vurğulayıb.