Avropa Birliyinin Ukraynadakı səfiri: <b>“Referendum qanunsuzdur”</b>
06 mart 2014 16:44 (UTC +04:00)

Avropa Birliyinin Ukraynadakı səfiri: “Referendum qanunsuzdur”

0

“Ukrayna Konstitusiyasına əsasən Krımın taleyi yalnız ümumukrayna referendumunda müəyyən oluna bilər”.


 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Yan Tombinski deyib. O bildirib ki, hər hansı sərhəd dəyişikliyi və ya hansısa ərazinin Ukraynadan ayrılması ölkə Konstitusiyasının 73-cü maddəsi əsasında tənzimlənir. Həmin maddədə yazılıb ki, bunun yeganə yolu bütün ölkə üzrə keçiriləcək milli referendumdur: “Çox asanlıqla başa düşmək olar ki, Ukraynanın bir hissəsində keçiriləcək referendum bu məsələnin həlli demək deyil”.    

 

Xatırladaq ki, Rusiyaya birləşmək istəyən Krım separatçıları martın 16-na referendum təyin ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 836

Oxşar yazılar