Avropa Birliyinin liderləri yeni prezidenti təsdiqlədi
28 iyun 2014 02:33 (UTC +04:00)

Avropa Birliyinin liderləri yeni prezidenti təsdiqlədi

0

Avropa Birliyinə üzv dövlətlərin liderləri Lüksemburqun keçmiş baş naziri Jan-Klod Yunkerin Avropa Komissiyasının başçısı vəzifəsinə namizədliyini təsdiqləyiblər.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onun namizədliyinin əleyhinə Britaniyanın baş naziri Devid Kemeron və Macarıstan hökumətinin başçısı Viktor Orban səs verib. Bu ilin mayında D.Kemeron bildirmişdi ki, əgər Yunker bu vəzifəyə təsdiqlənərsə, o zaman Britaniya birlikdən çıxacaq.

 

Qeyd edək ki, 59 yaşlı siyasətçi 2014-dən 2019-cu ilədək Avropa Komissiyasının başçısı olacaq.

 

İyulun 16-da Avropa Parlamenti proqramını dinlədikdən sonra onun namizədliyini təsdiqləyəcək. J.K.Yunkerin parlamentdə təsdiqlənəcəyi ehtimalı böyükdür. Çünki onun namizədliyini  parlamentdəki ən böyük iki fraksiya – Avropa Xalq Partiyası və sosialistlər fraksiyası dəstəkləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 743

Oxşar yazılar