Avropa Birliyi Rusiyaya qarşı sanksiya siyahısını razılaşdırıb
23 iyul 2014 02:34 (UTC +04:00)

Avropa Birliyi Rusiyaya qarşı sanksiya siyahısını razılaşdırıb

0

Avropa Birliyi Rusiyaya yeni sanksiyanı razılaşdırıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Niderland krallığının xarici işlər naziri Frans Timmermans bildirib ki, məhdudiyyət qoyulacaq şəxslərin genişləndirilmiş siyahısı iyulun 24-də qurumun daimi Komitəsinə təqdim ediləcək.

 

Bundan başqa Avropa Birliyi Ukraynadakı böhranla bağlı Rusiyaya qarşı daha sərt iqtisadi sanksiyalar hazırlayır.

 

 

Timmermans deyib ki, Avropa komissiyası Rusiyanın müdafiə, energetika, maliyyə sektoru da daxil olmaqla iqtisadiyyatının bir sıra sahələrinə qarşı potensial tədbirlər hazırlamalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 769

Oxşar yazılar