ATƏT Ukraynanın şərqində tutulan jurnalisti azad etməyə çağırıb
23 aprel 2014 05:16 (UTC +04:00)

ATƏT Ukraynanın şərqində tutulan jurnalisti azad etməyə çağırıb

ATƏT-in təmsilçisi Ukraynanın şərqində jurnalistlərin təhlükəsizliyinin ağırlaşdığını bildirərək,  “Vice News”-un əməkdaşı Saymon Ostrovskini dərhal azadlığa buraxmağa çağırıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına  görə, qurumun KİV azadlığı məsələləri üzrə təmsilçisi Dunya Miyatoviç bəyanatında deyib: “Ukraynada jurnalistlərin təhlükəsizliyi ilə bağlı problemin davam etməsindən narahatam”.

 

O, öz peşə fəaliyyətini icra edərkən, jurnalistlərin təqib olunmasını dayandırmağa çağırıb.

 

“Saymon Ostrovski təcili olaraq, azad edilməlidir” -deyə, o, vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455
avatar

Oxşar yazılar