Malayziya hava yollarına məxsus “Boeing-777”-nin düşdüyü Ukraynanın Donetsk ərazisinə ATƏT nümayəndə heyətinin getməsinə rusiyayönlü terrorçular məhdudiyyət qoyub.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda İsveçrənin ATƏT-dəki təmsilçisi Tomas Greminger açıqlama verib.
Onun sözlərinə görə, yaraqlılar ATƏT müşahidəçilərinin qarşısını kəsib. Qurumun özəl müşahidəçi qrupu iyulun 17-də hadisə yerinə gedib. Müşahidəçilər qrupu 30 nəfərdən ibarətdir.
***
21.19
ATƏT nümayəndə heyəti Ukraynanın şərqində, Donetsk vilayətinə, Malayziyaya məxsus “Boeing-777” sərnişin təyyarəsinin düşdüyü əraziyə gedib.
Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, nümayəndə heyəti 20 nəfərdən ibarətdir. ATƏT nümayəndələrinin hadisə yerinə 5 avtomobillə getdiyi, əraziyə baxış keçirdiyi və xilasedicilərlə söhbət etdiyi bildirilib.
ATƏT nümayəndə heyətinin üzvləri mətbuat nümayəndələrinə hələlik heç bir açıqlama verməyiblər.