ATƏT Mariupolun atəşə tutulmasını pislədi
24 yanvar 2015 23:50 (UTC +04:00)

ATƏT Mariupolun atəşə tutulmasını pislədi

0

ATƏT-in Ukraynadakı monitorinq qrupunun rəhbəri Ərtoğrul Apakan Mariupol şəhərinin atəşə tutulması ilə əlaqədar bəyanat verib.

 

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, Ə. Apakan Mariupolun atəşə tutulmasını dinc əhaliyə qarşı amansız hücum adlandırıb.

 

Həmçinin, ATƏT hücumun əhalinin sıx yaşadığı mikrorayona edilməsini təsdiqləyib. Ə.Apakan dərhal atəşin dayandırılması və hadisənin araşdırılmasına çağırıb.

 

Bundan əvvəl, ATƏT müşahidəçilərinin Mariupolda baş verən faciə yerinə yollanması barədə məlumat verilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar