ATƏT ABŞ-ı qınadı
20 avqust 2014 03:34 (UTC +04:00)

ATƏT ABŞ-ı qınadı

 ATƏT ABŞ-ı Fergüsondakı etiraz aksiyalarını işılandıran jurnalistlərin söz azadlığını təmin etməyə çağırıb 
 
Lent.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin yazılı açıqlamasında Birləşmiş Ştatlarda 18 yaşlı qaradərili gənc Maykl Braunun polis tərəfindən öldürüldüyü Sent Luis şəhərinin Fergüson rayonundakı nümayişlərdə jurnalistlərin həbs edilməsi pislənilir: "Fergüsondakı hadisələrlə bağlı xəbər hazırlayan jurnalistlərin azad və təhlükəsiz şəkildə çalışa bilməsinin təmin olunmasını istəyirəm".
 
ATƏT nümayəndəsinin açıqlamasında bir neçə jurnalistin saxlanıldığı, bəzilərinə qarşı gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir.
 
Dunya Miyatoviç bəyan edib ki, təhlükəsizlik qüvvələri ictimai asayişi təmin edərkən xalq etirazlarını işıqlandıran jurnalistlərin hüquqlarını unutmamalı, media nümayəndələri polis tərədindən təhdid edilməməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940
avatar

Oxşar yazılar