ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının nümayəndələri Ukrayna ordusunun ağır texnikasının təmas xəttindən geri çəkilməsi faktını qeydə alıb. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın saytında dərc olunmuş missiyanın hesabatında bildirilir.
“Xüsusi monitorinq missiyası iki halda təmas xəttindən geriyə hərəkət dən Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi nəqliyyat vasitələrini qeydə alıb”, deyə məlumatda bildirlir.
Separatçıların ağır texnikasının hələ ki təmas xəttindən geri çəkilmədiyi qeyd olunur.