ATƏT-in Ukraynadakı müşahidə missiyası, separatçılardan təhlükəsizlik zəmanəti alaraq Debaltsevo şəhərində olub. Bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verib.
“Biz silahlılardan təhlükəsizlik zəmanəti aldıq və bu bizə orada olmağımıza imkan verdi”, deyə ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının mətbuat katibi Maykl Boçurkiv.
ATƏT nümayəndəsinin sözlərinə görə, missiya əvvəl də olduğu kimi Donbasın bütün ərazisinə buraxılmır.