Atəşkəs dövründə 27 ukraynalı hərbçi öldürülüb
30 iyun 2014 23:32 (UTC +04:00)

Atəşkəs dövründə 27 ukraynalı hərbçi öldürülüb

0

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqində atəşkəs elan etdikdən sonra həmin ərazidə 27 ukraynalı hərbçi öldürülüb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Ukrayna Xarici İşlər Nazirliyinin “tvitter” səhifəsində açıqlama yayılıb.

 

Məlumata əsasən, iyunun 20-dən rusiyayönlü yaraqlılar 108 dəfə atəş kəs rejimini pozub. Bu müddətdə 69 nəfər xəsarət alıb.

 

Xatırladaq ki, P.Poroşenko iyunun 20-dən 27-dək ölkənin şərqində atəşkəs elan etmişdi. Bu rejimi o, daha üç gün uzatdı. Həmin rejim iyunun 30-dək davam edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 638

Oxşar yazılar