Atatürkün büstünü dağıtmaq istədilər
18 yanvar 2015 17:31 (UTC +04:00)

Atatürkün büstünü dağıtmaq istədilər

0

Türkiyədə terror cəhdinin qarşısı alınıb. Lent.az-ın bu ölkənin mediasına istinadən məlumatına görə, bu gün səhər saatlarında naməlum şəxslər, İstanbulun Maltəpə adlanan hissəsində polis bölməsinin qarşısındakı Mustafa Kamal Atatürkün büstünün altına şübhəli paket qoyublar. Xilasedicilər tərəfindən baxış keçirilən bağlamanın içindən əl bombası aşkarlanıb.

 

Bildirilir ki, şübhəli paketi görən vətəndaşlar dərhal polisə xəbər veriblər.

 

Hadisə yerinə gələn polislər Atatürkün heykəlinin önünə atılan paketi araşdırıblar və nəticədə paketin üzərində "Cizrənin intiqamı alınacaq" xəbərdarlığının olduğu aydınlaşıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar