Atasını öldürən aktyor xəstəxanaya yerləşdirildi
06 aprel 2015 19:16 (UTC +04:00)

Atasını öldürən aktyor xəstəxanaya yerləşdirildi

Bir neçə gün əvvəl atasını bıçaqlayaraq öldürən tanınmış türkiyəli aktyor Orhan Şimşek xəstəxanaya yerləşdirilib. Lent.az-ın “Habertürk”ə istinadən məlumatına görə, aktyor tibbi müayinədən keçirilməsi üçün Adanadakı xəstəxanaların birinə göndərilib. Belə ki, Adıyamanda müayinə aparan həkim-konsultant heyəti aktyorun ciddi psixiatrik problemlərinin olması qənaətinə gəlib.

 

 

Qeyd edək ki, aprelin 2-də O.Şimşek Adıyamanın Kahta rayon polis bölməsinə gedərək atasını öldürdüyünü etiraf edib. Axtarışlar zamanı aktyorun atası Ali Şimşekin meyiti tarlada aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 271
avatar

Oxşar yazılar