ABŞ-ın sabiq prezidenti Corc Buş (ata) tənəffüs problemləri ilə əlaqədar Hyustonda xəstəxanaya yerləşdirilib.
APA-nın ABŞ mətbuatına istinadən xəbərinə görə, 90 yaşlı Buş xəstəxanaya təcili tibbi yardım maşınında aparılıb.
Həkimlər Parkinson xəstəliyindən əziyyət çəkən sabiq prezidentin səhhəti ilə bağlı hər hansı təhlükənin olmadığını bildiriblər.