AŞPA Monitorinq Komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi təyin etdi
29 yanvar 2015 12:07 (UTC +04:00)

AŞPA Monitorinq Komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi təyin etdi

0

Bu gün Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib və Azərbaycanla bağlı qərar qəbul olunub.

 

APA-nın Avropa müxbiri xəbər verir ki, toplantıda polşalı parlamentar Tadeuş İvinski Azərbaycan üzrə yeni həmməruzəçi təyin edilib. T. İvinski AŞPA-da Sol demokratlar Alyansı qrupunu təmsil edir.

 

Qeyd edək ki, T. İvinski bu vəzifədə Jozef Debono Qrexi əvəzləyib.

 

Jozef Debono Qrexin bu vəzifədə səlahiyyət müddəti ötən ilin noyabrında başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar