Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bugünkü plenar iclasında qurumun vitse-prezidentləri də seçilib.
APA-nın Avropa müxbiri xəbər verir ki, AŞPA-da 20 vitse-prezident vəzifəsi rotasiya qaydasında tutulur və onlar bir il müddətinə seçilirlər.
Albaniya, İspaniya, Moldova və Rusiya nümayəndəlikləri üzrə vitse-prezident vəzifələri boş qalıb.
Bu dəfə seçilən vitse-prezidentlər arasında Azərbaycandan olan parlamentar yoxdur.