Keniyada yerləşən bir parkdan vəhşi şirlər qaçaraq, şəhərə doğru hərəkət ediblər.
Musavat.com xəbər verir ki, bu barədə məlumat BBC-də yer alıb.
Məlumata görə, vəhşi heyvanların qorunması xidmətinin əməkdaşları, milli parkdan qaçan altı şiri tutmağa çalışıblar. Şirlər hətta paytaxt Nayrobi küçələrinə qədər gəlib, çıxa biliblər.
“Şirlər təhlükəli heyvanlardır. Onlara yaxın durmayın” - deyə rəsmilərdən biri öz “Twitter” hesabından xəbərdarlıq edib.
Şirlər haqda hər hansı məlumat əldə etmək üçün pulsuz telefon xətti yaradılıb.