Arvadı 91 yaşlı Zimbabve prezidentinə əlil arabası alacaq
22 noyabr 2015 05:51 (UTC +04:00)

Arvadı 91 yaşlı Zimbabve prezidentinə əlil arabası alacaq

0
Zimbabvenin 91 yaşlı prezidentinin arvadı Qreys Muqabi ona ölkəni bundan sonra da idarə edə bilməsi üçün xüsusi əlil arabası almaq istəyir. Musavat.com xəbər verir ki, məlumatı “Associated Press” yayıb. 
 
 
Robert Muqabe Afrika ölkəsinə 1980-ci ildən rəhbərlik edir və hazırda da fəaliyyətdə olan prezidentdir.
 
 
50 yaşlı Qreys bildirib ki, qoca prezidentin danışa bildikcə ölkəyə rəhbərlik etməsini dəstəkləyəcək. 
 
 
Qeyd olunur ki, tənqidçiləri Robert Muqabenin parlamentdəki çıxışından sonra onun ölkəni idarə etməyə qadir olduğuna şübhə ilə yanaşırlar. 91 yaşlı prezident həmin çıxışında bir neçə səhvə yol vermişdi. 
 
 
Zimbabve prezidenti bu ilin fevralında ölkə vətəndaşlarına müraciət zamanı pilləkəndən yıxılmışdı. Onun yıxılması ilə əlaqədar 30 cangüdəni işdən qovulub. Ölkənin informasiya naziri isə bildirmişdi ki, İsa peyğımbər də Muqabenin yerində olsaydı, yıxılardı. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar