Rusiyanın tanınmış futbolçusu Andrey Arşavinin keçmiş həyat yoldaşı Yuliya Baranovskayanın iddiası əsasında növbəti məhkəmə iclası keçirilib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, tərəflərini vəkilləri arasında razılıq əldə edilib.
Razılaşmaya əsasən, A.Arşavin əmək haqqının yarasını keçmiş həyat yoldaşı və yetkinlik yaşına çatanadək böyük oğlu Artyoma ödəyəcək. Bu məbləğ sonra azalacaq.
Yekun məhkəmənin iyunun 10-da keçiriləcəyi gözlənilir.