Arıq modellərə qadağa - 81 minlik cərimə
19 dekabr 2015 00:17 (UTC +04:00)

Arıq modellərə qadağa - 81 minlik cərimə

Fransada modellərin sayını azaltmaq üçün yeni qanun qəbul olunub. Qanuna görə, çox arıq modellər çəkilərinin boy ölçüsü və bədən quruluşuna görə olduğunu sübut etmək üçün həkimdən tibbi arayış almalıdır.

 

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu qanunu pozanlar 81 min dollar cərimə ödəməli olacaqlar.

 

Yeni normativ-hüquqi akta görə, reklam çəkilişlərində modelin görünüşü Fotoşop proqramı ilə dəyişdirilibsə, bu, qeyd olunmalıdır. Qanunvericilikdə bu maddənin pozulmasına görə cərimə 40 min dollar və ya reklamdan qazanılacaq gəlirin 30 faizi qədər nəzərdə tutulub.

 

Qeyd olunur ki, Fransada 30-40 min insan anoreksiya xəstəliyindən əziyyət çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413
avatar

Oxşar yazılar