Argentinada sərnişin avtobusu aşdı: 5 ölü, 50 yaralı
09 fevral 2016 02:38 (UTC +04:00)

Argentinada sərnişin avtobusu aşdı: 5 ölü, 50 yaralı

0

Argentinanın Entre-Rios əyalətində sərnişin avtobusu aşıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

 

Avtobusda 66 nəfərin olduğu bildirilir. İlkin versiyaya əsasən, Paraqvayın paytaxtı Asunsondan Buenos-Ayresə yollanan avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus yolun kənarındakı hasara çırpılaraq aşıb.

 

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onların arasında ağır vəziyyətdə olanlar var. Avtobusun sürücüsü saxlanılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 355

Oxşar yazılar