Argentinada dünyanın ən nəhəng dinozavrının izləri aşkarlanıb
18 may 2014 07:44 (UTC +04:00)

Argentinada dünyanın ən nəhəng dinozavrının izləri aşkarlanıb

Alim-paleontoloqların Argentinada apardığı qazıntı zamanı dünyada ən nəhəng dinozavrının skeleti aşkarlanıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu qalıqlar titanozavr qrupuna daxildir. Otyeyən bu nəhənglərin təbaşir dövrünə aid olduğu bildirilib.

 

Alimlərin hesablamasına əsasən, onun uzunluğu 40 metr, hündürlüyü isə 20 metr olub. Onun çəkisi 77 ton imiş. Bu isə 14 Afrika filinin çəkisinə bərabər sayılır.

 

Bundan əvvəl aşkarlanan argentinozavrın çəkisi 70 ton olub.

 

Dinozavrın sümüklərini yerli fermer aşkar edib. O, Buenos-Ayres Paleontologiya Universitetinə müraciət edib.  Hadisə yerinə gedən alimlər qrupu oradan yaxşı vəziyyətdə qalmış  150-yə yaxın daşlaşmış sümük aşkarlayıb.

 

Yeni dinozavra hələlik ad verilməyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320
avatar

Oxşar yazılar