Argentina prezidenti Braziliyaya getməyəcək
13 iyul 2014 07:04 (UTC +04:00)

Argentina prezidenti Braziliyaya getməyəcək

Argentinanın prezidenti Kristina Kirşner futbol üzrə dünya birinciliyinin final oyununu izləmək üçün Braziliyaya gedə bilməyəcək.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, buna səbəb prezidentin boğazında yaranmış problem göstərilib.

 

Xanım Kirşner bu haqda braziliyalı həmkarı Dilma Russefə məktubunda yazıb.

 

Məktubda o, farinqolaringitdən  (qırtlaq və udlağın iltihabı) müalicə olunacağını bildirib. İyulun 14-də o, nəvəsi Nester İvanın bir yaşını qeyd etmək üçün Argentinanın cənubuna səfər  etməyi planlaşdırıb: “Təsəvvür edin ki, nənə kimi ailəmlə sevincimi bölüşməyə necə tələsirəm”.

 

Məlumata əsasən, bu həftə ərzində Kirşner kütləvi tədbirlərdə görünməyib.

 

Qeyd edək ki, iyulun 13-də finalda Argentina və Almaniya milliləri qarşılaşacaq.

 

Onu da vurğulamaq lazımdır ki, həm finalçı dövlətlərin, həm də dünya birinciliyinə ev sahibliyi edən Braziliyanın dövlət başçıları qadındır.

 

Finalı izləmək üçün Almaniyanın kansleri Agnela Merkelin Braziliyaya səfər edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356

Oxşar yazılar